Ucarda 27 yaşlı gənci avtomobil vurub

12 İyun 2019 13:15 (UTC+04:00)

Ucar rayonunda 27 yaşlı gənci avtomobil vurub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb.

Belə ki, rayonun Qəzyan kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Əlhüseyn oğlu Rəhimovu yolu qarşı tərəfə keçərkən "VAZ-2107" markalı avtomobil vurub. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriblər. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.