Məşhurluq çobanlığı kölgədə qoydu?

12 İyun 2019 12:57 (UTC+04:00)
Çoban kimi gündəmə gələn müğənni Pərvin Səfərovdan xəbər var. Milli Konservatoriyada təhsil alan, hazırda imtahanlara hazırlaşan müğənni Movqe.az-a açıqlamasında təhsildə heç bir bürokratik əngəllə üzləşmədiyini bildirdi. Hər kəsin cibinə uyğun toya gedən müğənni məşhur olmasının ona insanları tanıtdığını qeyd edib. Qrup yoldaşları və dostları ilə ad gününə hazırlaşan müğənni "çoban sözü sizdə qıcıq yaradırmı?" sualına, - əksinə, çobanlıq əziyyətli sənətdir, fəxr edirəm. Peyğəmbərimiz də çoban olub - cavabını verib. Yeni mahnısına klip çəkdirən müğənni yay tətilinə həm ticarət, həm ziyarət üçün Türkiyəyə getməyi planlaşdırır.