“WhatsApp” istifadəçilərini məhkəməyə verəcək

12 İyun 2019 13:34 (UTC+04:00)

“WhatsApp” platforması açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, 1,5 milyard istifadəçisi olan sosial şəbəkə bəzi istifadəçilərini məhkəməyə verəcək.

Bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.

Bildirilir ki, hüquqi çərçivədə islahatlar zamanı platformanın qaydalarına zidd hərəkətlər edən, avtomatik mesajlar atan və başqalarını narahat edən istifadəçilər qanun qarşısında cavab verməli olacaq.