Elza toy adətlərini tənqid etdi - Video

12 İyun 2019 13:45 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan "Hüseynova bacıları" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, müğənni toy adətlərini tənqid edib:

"Toyda atanın qız qucuqlaşıb ağlamasını qəbul etmirəm. Əvvəl hər şeyi ata-qardaşdan ayıb edərdilər. İndi xınanı toyun içinə salır, atanın gözü qabağında edirlər. Bir də toylarda ara musiqiləri yığışdırsınlar. Toydan sonra bəylə gəlin gedir bal ayına. Bal ayından artıq boşanıb gəlirlər. Gəlin qayınana və qayınata yanında bir otursun, qorxsun da".

Seyidcahan kişilərdə sevmədiyi hallardan danışıb:

"Kişinin burnuna pirsinq, qulağına sırğa taxmasını xoşlamıram. Tatu etdirməsi pisdir. Bir də başına tük əkdirənləri bəyənmirəm. Nə olsun ki, saçında tük tökülür. Əsas ürəyinin tükü tökülməsin. Kişilər elə bilir ki, keçəl olsa, qadın onu sevməyəcək".