Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentini qəbul edib

12 İyun 2019 15:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Movqe.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.