Masallıda dahi Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

12 İyun 2019 17:01 (UTC+04:00)

7-11 iyun 2019-cu il tarixlərdə Masallı rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş İnşa və bədii qiraət müsabiqələri keçirilib. 
İnşa müsabiqəsində Masallı rayonunun Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdi Kərimova Hülya Beydulla qızı I yerə, Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbin şagirdi Səmədov Şəhriyar Şahin oğlu II yerə, Xırmandalı kənd tam orta məktəbin şagirdi Həsənova Özləm Həsən qizi III yerə layiq gorülüblər.
Bədii qiraət müsabiqəsində isə Bədəlan kənd tam orta məktəbin şagirdi Rəhmətova İraida Tahir qızı I yerin, Həsənli kənd tam orta məktəbin şagirdi Vəlişova Səkinə Ağalar qızı II yerin, Mahmudavar kənd tam orta məktəbin şagirdi Sadıqov Əhməd Akif oğlu III yerin sahibi olublar.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
                                                                 

Əlihüseyn Şükürov.