Bu tədris ilində 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub

12 İyun 2019 17:54 (UTC+04:00)

2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Movqe.az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub.

Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

Bundan başqa, Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.