Şamaxıda biçilməmiş taxıl sahəsi yanıb

13 İyun 2019 01:07 (UTC+04:00)
Şamaxı rayonunun Göylər kəndində biçilməmiş taxıl sahəsi yanıb. "Report"un Şirvan bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-in Şamaxı Dövlət Yanğın Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün lazımı tədbir görülür. Faktla bağlı araşdırma aparılır.