Qobuda it sahibini dişləyərək xəsarət yetirib

13 İyun 2019 01:30 (UTC+04:00)
Abşeron rayonunun Qobu qəsəbəsində növbəti itdişləmə hadisəsi olub. "Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Heydərov Pərviz Məmmədağa oğlu öz saxladığı itin hücumuna məruz qalıb. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ qolunun dişlənmiş-didilmiş yarası diaqnozu qoyulub və quduzluğa qarşı vaksin vurulub.