Qrizmannın "Barselona"ya keçidi dəqiqləşdi

13 İyun 2019 13:59 (UTC+04:00)

Fransa millisinin və "Atletiko"nun hücumçusu Antuan Qrizmannın növbəti mövsüm çıxış edəcəyi klub bəlli olub.

Movqe.az xəbər verir ki, Madrid klubunun direktoru Migel Anxel Gil Marin 28 yaşlı futbolçunun "Barselona"ya keçdiyini deyib:

"Qrizmannın martdan bəri hansı klubda çıxış edəcəyi məlum idi. "Barselona" ilə anlaşmışdı. Qrizmann növbəti mövsüm "Barselona"da çıxış edəcək".

"Barselona" bu keçid üçün fransalı futbolçunun 120 milyon avroluq sərbəst qalma qiymətini ödəyəcək.

Qrizmann ötən mövsüm 48 oyuna 21 qol vurub, 10 assist edib.