Turizm Agentliyi çimərliklərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ

13 İyun 2019 21:30 (UTC+04:00)

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqə başlayır. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə çimərliklərlə bağlı danışarkən deyib. O bildirib ki, Dövlət Turizm Agentliyi çimərliklərin ictimai olmasının tərəfdarıdır:

“Dövlət Turizm Agentliyi olaraq həm çimərliklərin vəziyyəti, həm də göstərilən xidmətləri müəyyən edib, monitorinqin nəticərini müvafiq dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, Azərbaycanda çimərliklər ictimai olmalıdır. Orada xidmət göstərən qurumlar təbii, xidmət haqlarını ala bilər, amma çimərliyə giriş pulsuz olmalıdır.

Qurum rəsmisinin sözlərinə görə, hazırda çimərliklərdə vəziyyətlə bağlı araşdırılma aparılır:

“Hazırda biz harada vəziyyətin necə olduğunu araşdırırıq. Yay sonunda ümumi olaraq Azərbaycan üzrə monitorinqin nəticələrini təqdim edəcəyik və bu nəticələrə görə tədbir görüləcək”.