Bu içki ürəyə çox faydalıdır - Alimlər açıqladı

14 İyun 2019 18:30 (UTC+04:00)

Duzsuz tomat şirəsi içmək ürək-damar sistemi xəstəlikləri riskini azaldır.

Movqe.az ölkə.az-a istinadən bildirir ki, bunu yapon alimlərin son tədqiqatları sübut edib.

Elm adamlarından ibarət qrup 184 kişi və 297 qadın üzərində təcrübə aparıb. İl ərzində sınaqda iştirak edən şəxslər bir il ərzində bu içkidən istifadə ediblər. Təcrübənin sonunda mütəxəssislər pasientlərin ürək və damarlarının vəziyyətini yoxlayıblar. Məlum olub ki, 94 iştirakçıda arterial hipertenziya və qan təzyiqi kifayət qədər azalıb. Bundan başqa, 125 könüllüdə yüksək olan xolesterin miqdarı azalıb.