Günel Talıb Taleni tanımadı

14 İyun 2019 21:52 (UTC+04:00)

"Bizim gözəl musiqimiz var. "Qıjı" demək istəmirəm, amma adına nə deyim? Səviyyəsiz musiqilər səslənir. Buna biz də oynayırıq. Hara gedirik bunla? Bu bizim musiqimiz deyil, ancaq oynayırıq ona".

Movqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Azəri Günel Zeynalova "5/5" verilişində qonaq olarkən deyib. Sənətçi son günlər səslənən bayağı mahnıları qınayıb.

Günel "Talıb Taleyə qulaq asırsan" sualına belə cavab verib:

"Həsəd apardığım müğənnilər köhnələrdir. Talıb Tale kimdir? Tanımıram. Üzeyiri Türkiyədə çox sevirlər. Yeri gələndə Damlaya da qulaq asıram".