Bakıda 2 otaqlı ev yanıb

17 İyun 2019 11:07 (UTC+04:00)

Bakı şəhərində yanğın qeydə alınıb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.