Real-ın futbolçusu Atletico-da

18 İyun 2019 15:35 (UTC+04:00)

Real-ın yarımmüdafiəçisi Markos Lyorente klubunu dəyişib.

Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu Madrid şəhərinin digər təmsilçisiAtletico-ya keçib.

Tərəflər arasında bu keçidlə bağlı danışıq olub və müsbət nəticələnib. Atletico rəhbərliyi ona komandanı tərk etməyə hazırlaşan Rodriyə layiqli əvəzləyici gözü ilə baxır. Yaxın günlərdə keçid rəsmən açıqlanacaq.

Qeyd edək ki, Real-ın yetirməsi olan Markos Lyorente 2016-17 mövsümünü icarə əsasında Alaves-də keçirib.