Qarabağ-ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi

18 İyun 2019 16:47 (UTC+04:00)

Bu gün Azərbaycan çempionu Qarabağ-ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, qurumun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:30-da başlayıb.

Təsnifat mərhələsində səpələnmişlər səbətində yer alan Qarabağ-ın rəqibi Alabniyanın Partizani klubu olub.

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.