“Diqlas” sökülür - FOTO

20 İyun 2019 13:32 (UTC+04:00)

Martın 26-da dəhşətli yanğınla yararsız hala düşən "Diqlas" Ticarət Mərkəzi sökülür.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda təhlükəsizlik tədbirlərinin təmin olunması üçün ərazidə TM-nin ətrafı hasara alınıb. Texnikalar binanın yuxarı mərtəbəsindən əsaslı söküntüyə başlayıblar.

Söküntünü Fövqəladə Hallar Nazirliyi həyata keçirir.