İsko, Asensio və Seballyos Milan-a keçə bilər

22 İyun 2019 21:24 (UTC+04:00)

Real Madrid-in əsas heyətinə düşməkdə çətinlik çəkən üç futbolçusu Milan-a keçə bilər.

Goal.az xəbər verir ki, Milan-ın rəhbər şəxsləri İvan Qazidis və Paolo Maldini Madridə gedərək Real Madrid-in prezidenti Florentino Perezlə görüşüblər. Onlar Perezlə İsko, Asensio və Seballyos transferini müzakirə ediblər. İtaliya mətbuatı bildirir ki, Perezdən "hə" cavabını aldıqdan dərhal sonra Milan-ın rəhbər şəxsləri klubun səhmlərinin sahibi olan Elliott-la görüşmək üçün Londona gediblər. Onlar Elliott-dan transfer büdcəsinin artırılmasını istəyiblər.