2 yaşlı uşaq özünü nənəsinin tapançası ilə vurub

24 İyun 2019 12:39 (UTC+04:00)

ABŞ-ın Cənubi Karolina ştatında 2 yaşlı uşaq nənəsinin çantasından tapdığı tapança ilə oynayarkən özünü vurub.

Trend-in məlumatına görə, başından yaralanan uşaq xəstəxanaya çatmamış ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları həkimlər gələnədək uşağı xilas etməyə çalışıb.

İnsidentlə bağlı araşdırma aparılır.