Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılıb

25 İyun 2019 10:07 (UTC+04:00)

Bakının Heydər Əliyev prospektinin orta yolunda - Mərkəz istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Movqe.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb təmir işləridir.

“Bu səbəbdən, qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur”, - deyə məlumatda qeyd olunub.