Prezident İlham Əliyev Sənubər İsgəndərliyə mənzil hədiyyə edib

25 İyun 2019 10:57 (UTC+04:00)

Prezident İlham Əliyev Əməkdar artist, Prezident mükafatçısı Sənubər İsgəndərliyə mənzil hədiyyə edib. 

Movqe.az xəbər verir ki, bunu Əməkdar artistin özü bildirib. 

O, dövlət başçısına minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:

"Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qaygı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!"