Türkiyədə avtobus qəzası - 10-dan çox ölü

26 İyun 2019 11:18 (UTC+04:00)

Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində qeyri-leqal miqrantları aparan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 11 nəfər həlak olub.

Daha 30 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunur ki, avtobus beton divara çırpılıb.

Miqrantların vətəndaşlıqları açıqlanmayıb.