Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib

27 İyun 2019 10:25 (UTC+04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında yerləşən Kərkük və Zap rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib. Movqe.az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.