AYB üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

28 İyun 2019 17:37 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. 

Movqe.az-ın məlumatına görə, sərəncamla Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat ayrılıb.