Biri liftdə, digəri bağlı qapı arxasında qaldı

4 May 2012 21:25 (UTC+04:00)

Movqe.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, xəbər verir ki, mayin 4-ü səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 2001-ci il təvəllüdlü 1 nəfər köməksiz vəziyyətdə qalıb. Əraziyə yaxınlaşan xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Uşaq valideynlərinə təhvil verilib.

Bu tip digər bir hadisə yenə də paytaxtımızda qeydə alınıb. FHN-dən Movqe.az-a daxil olan məlumata görə Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanan liftdəki vətəndaş nazirliyin xilasedicilərinin köməyi ilə oradan azad edilib.


Tural QABİLOĞLU