Azərbaycanlı aktrisa HƏYATININ ŞOKUNU YAŞADI - Maşın üstündən uçdu - VİDEO

3 İyul 2019 19:44 (UTC+04:00)

Aktrisa Könül Yusifqızı ölümdən son anda xilas olub.

Movqe.az xəbər verir ki, Könül səhər saatlarında çörək almaq üçün getdiyi marketdən evinə qayıdarkən həyatının şokunu yaşayıb.

Aktrisa həmin qorxunc anları Milli.Az-a danışıb:

"Uşagi yatmış vəziyyətdə qoyub getdim çörək almağa. Saat 07:20 olardı, marketdən çıxıb evə doğru gəlirdim. Bu an maşının avtobusa dəyib üstümə uçduğunu gördüm. Qorxudan ayağım burxuldu yana əyildim və maşın düz üstümdən uçub aşdı. Saniyə və millimetr söhbəti vardı ki, mən olmayım... Şok sadəcə. Ayağım burxuldu. Göz qırpımı... ölümlə üz-üzə durmaq bu deməkmiş. Demək ki, Allah istəməsə, kimsəyə xətər gəlməz. Bu aşan maşının içindən sürücünü sağ-salamat çıxartdılar. Nə yaxşı ki, bir addımda post patrul xidməti vardı. Sağ olsun hamı yığışıb kömək etdilər. Allahım, sən çox böyüksən, bu gün mən yenidən doğuldum".