“Səbail” – “Krayova” oyununun hakimləri açıqlandı

4 İyul 2019 20:00 (UTC+04:00)

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Səbail" - "Universitatea Krayova" (Rumıniya) qarşılaşmasının hakimləri açıqlanıb.

Milli.Az xəbər verir ki, iyulun 11-də, saat 20:00-da, "ASCO Arena"da baş tutacaq matçı finlandiyalı hakimlər idarə edəcək:

 "Səbail" - "Universitatea Krayova"
Baş hakim: Ville Nevalaynen
Baş hakimin köməkçiləri: Mikko Alakare, Mika Lamppu
Dördüncü hakim: Atte Yussila (Hakimlər briqadası Finlandiyadandır)
UEFA nümayəndəsi: Patrik Vattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)