Bunu için - Xərçəng və diabet riskini azaldır

4 İyul 2019 21:30 (UTC+04:00)
Süd və süd məhsullarının düzgün istehlak olunması bir sıra xroniki xəstəliklərin qarşısını alır, uşaqların sümüklərini möhkəmləndirir, yaşlılarda isə əzələlərin yumşalmamasına kömək edir. Movqe.az-ın məlumatına görə, İspaniyanın Qranada Universitetinin mütəxəssisləri bu qənaətə gəlib. Qeyd olunur ki, südün tərkibində zülallar, kalsium, maqnium, fosfor, kalium, sink, selen, A vitamini, riboflavin, B12 vitamini var. Qida rasionuna süd məhsullarının əlavə olunması bağırsaq və sidik kisəsi xərçənginə tutulmaq riskini azaldır. Bundan başqa, süd məhsullarının ikinci tip diabetin inkişaf riskini azaltdığı ehtimal olunur.