Suriyada 30 azərbaycanlı tələbə qalır

3 Aprel 2012 19:25 (UTC+04:00)
Azərbaycanın Suriyadakı səfirliyinin bağlanması və səfiri Mahir Əliyevin geri çağırılması barədə qərar yoxdur. Bunu Lent.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib. Elman Abdullayev səfirliyin normal rejimdə fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, hazırda Suriyada 30-a yaxın azərbaycanlı tələbə var: "Səfirliyimiz həmişə bu tələbələrə tövsiyə edir ki, Azərbaycana qayıtsınlar, gərginlik aradan qalxandan sonra geri dönsünlər. Buna baxmayaraq, hazırda Suriyada 30 azərbaycanlı tələbə var. Səfirliyimiz də Suriyada qalan bu tələbələrə təhlükəsiz yerlərdə olmağa üstünlük verməyi tövsiyə edir". Qeyd edək ki, bir sıra Qərb dövlətləri, o cümlədən Türkiyə Suriyadakı səfirliyini bağlayıb.