Xalq artisti boşanan məşhurları tənqid etdi

5 İyul 2019 16:38 (UTC+04:00)

"Hər bir insan evlənməzdən əvvəl götür-qoy etməlidir ki, bu ailəni qurmalıdır, ya yox. Onun başında dura biləcəkmi?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Samir Cəfərov "ATV maqazin onlarla" verilişində deyib. Müğənni boşanan məşhurları tənqid edib:

"Dəb olub, o evləndi, mən də evlənim. Filankəs boşandı, mən də boşanım... Olmaz bu... Xoşlamıram toylarını, uşaqlarının ad günlərini efirlərdə göstərirlər. Yaşadıqları şəraiti nümayiş etdirirlər. Kiminsə bədbəxtçiliyi üstündə, kimsə xoşbəxtlik axtarırsa, çətindir.

Uşaq dünyaya gəlirsə, ata-ananın borcudur onu böyütsün. Uşaq atadan da, anadan yetim olur. İkisi də övlada lazımdır".