Məşhur futbolçu Çin klubuna keçdi

8 İyul 2019 12:49 (UTC+04:00)

İtaliyanın Roma klubunun futbolçusu Stefan Əl-Şaaravi Çinin Shanghai Shenhua klubuna transfer olub.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Misir əsilli italiyalı hücumçu 3 illik müqaviləyə imza atıb. Əl-Şaaravi bu müddətdə 40 milyon avro qazanacaq. Asiya təmsilçisi 26 yaşlı forvardın keçidi üçün Roma-ya 18 milyon avro ödəyib.

Qeyd edək ki, Stefan Əl-Şaaravi 2016-cı ildən Roma-da çıxış edirdi.