"Bizimkisi "Leyli və Məcnun" sevgisidir" - Faiq Ağayev

8 İyul 2019 16:30 (UTC+04:00)

"İlk dəfədir Türkiyəyə istirahətə gedirəm. Bundan əvvəl ancaq işlə bağlı getmişəm. indi isə dincəlməyi düşünürəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "X maqazin"ə açıqlamasında deyib. Müğənni anasına olan sevgisindən söz açıb:

"Tək gedəcəm, anam Həci xanımdır, hicablıdır. Mən dənizə, istirahət məkanlarına gedəcəm. Anamı oteldə necə tək qoyum? Təəssüf ki, istədiyim kimi oğul ola bilmirəm. Oğul hər an ananın yanında olmalıdır, mən isə bacarmıram. Vicdan əzabı çəkirəm. Bizimkisi "Leyli və Məcnun" sevgisidir. Oğul övladı ananı, qız isə atanı sevir".

F.Ağayev geyimlərinin yer alacağı muzey açacağını söyləyib:

"Bizdə hələ butik açan olmayıb. İlk səhnəyə çıxdığım geyimlərdən ibarət bir yer açacam. Hətta muzey aça bilərəm".