Premyer Liqa klubu transfer rekordunu yenilədi

9 İyul 2019 21:26 (UTC+04:00)

İngiltərənin Leicester City klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən mövsümün ikinci yarısında Monaco-dan icarəyə götürdüyü belçikalı yarımmüdafiəçi Yuri Tilemansı birdəfəlik transfer edib. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

"Tülkülər" bu transferə görə Fransa klubuna 40 milyon funt-sterlinq təzminat ödəyəcək. Bu da Premyer Liqa təmsilçisinin tarixində ən bahalı transferi deməkdi.

Belçika yığmasının da şərəfini qoruyan Tilemans geridə qalan mövsümdə Leicester City-də 13 Premyer Liqa matçına çıxıb, 3 qola imza atıb.