Juventus-da yeni müdafiəçi

9 İyul 2019 16:16 (UTC+04:00)

Genoa-nın müdafiəçisi Kristian Romero Juventus-la anlaşıb.

Goal.az xəbər verir ki, 21 yaşlı futbolçu hazırda Turindədir.

Romero bu gün "qoca sinyora"da tibbi müayinədən keçəcək. Oyunçu daha sonra yeni komandası ilə uzunmüddətli müqaviləyə qol çəkəcək. Bu transferin İtaliya çempionuna 15-20 milyon avroya başa gəlməsi gözlənilir.

Romero qarşıdakı mövsümü icarə əsasında Genoa-da keçirə bilər.