Ağciyərləri tərtəmiz edən təbii sirop- Evdə özünüz hazırlayın

10 İyul 2019 21:00 (UTC+04:00)

Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur.

Movqe.az medicina.az-a istinadən cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropun reseptini təqdim edir.

Lazımdır:

Kök - 500 qr
Bal - 4 xörək qaşığı
Su - 3 st

Kökü təmizləyib, orta  kub formasında doğrayıb, qazanda üzərində 3 stəkan su alaraq, orta odda bişirin. Elə isti-isti əzib, qatı püre halına salın. Bura təmiz bal əlavə edib, qarışdırın. Şüşə bankaya yığıb, sərin yerdə saxlaya bilərsiz.

Hər gün 2 dəfə hər dəfə 2-3 xörək qaşığı qəbul edin.