Qadın voleybolçularımız ölkə xaricinə yola düşdü

11 İyul 2019 15:25 (UTC+04:00)

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək. 

Movqe.az Sport7.az-a istinadən xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb. Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq, bununla yanaşı hazırlıq çərçivəsində Bolqarıstan, o cümlədən Rusiya ilə bir neçə yoxlama oyunu da keçirəcək. 
Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.