Bakıda mənzildə 83 yaşlı kişinin meyiti tapılıb

11 İyul 2019 16:00 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Atmoqolov Qeyfulla İdayatullayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.​​