Heydər Əliyev Fondunun dəstəyi ilə Xalq artisti Yalçın Rzazadə tam müayinə və müalicə kursu keçəcək

11 İyul 2019 16:30 (UTC+04:00)

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Movqe.az-ın məlumatına görə, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.