Putindən Ermənistana BÖYÜK ZƏRBƏ: Bakı və Ankaranın...

11 İyul 2019 17:30 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusda təmsil olunmaq haqqında qanun layihəsini təklif edib.

Movqe.az xəbər verir ki, sənəddə KTMT-nin üzv dövlətləri ilə yanaşı, üzv olmayan ölkələr üçün müşahidəçi status nəzərdə tutulur.

Putinin bu təklifi Ermənistanda ciddi nartahatlıq yaradıb. Erməni şərhçi Sərkis Artsruni yazır ki, bu, KTMT-nin qapılarını Azərbaycan və Türkiyənin üzünə açacaq.

“Müşahidəçi statusun yaradılması Ermənistan üçün KTMT-də ciddi problemlər yaradacaq. Başqa sözlə, Bakı və Ankaranın önü açılır, İrəvan üçün yeni “sualtı riflər” yaradılır. Rusiya inqilabçı Ermənistanı cəzalandırır”, - deyə erməni şərhçi iddia edib.