Bakıda DƏHŞƏTLİ QƏZA: minik maşını yük avtomobilinin altına girdi, ölən var

11 İyul 2019 21:00 (UTC+04:00)
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az "Report"-a istinadən xəbər verir ki, hadisə Xocasən-Sədərək avtomobil yolunda qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Renault-Logan" markalı minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb 1-i yaralanıb. Faktla bağlı araşdırmalara başlanılıb.