İlham Əliyev SƏRƏNCAM İMZALADI

11 İyul 2019 18:45 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Movqe.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.