Avropa İttifaqından Ermənistana Qarabağ zərbəsi

12 İyul 2019 08:03 (UTC+04:00)

Bu günlərdə Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla Prezident İlham Əliyevin təkbətək və geniş tərkibdə keçirdikləri görüşlər, habelə prezidentlərin bəyanatları qarşılıqlı münasibətlərin necə sürət və keyfiyyətlə inkişaf etdirildiyini göstərir.

Bir neçə il əvvəl bizi istəməyən qüvvələrin canfəşalığı sayəsində Azərbaycana qarşı edilən haqsız hücumlara görə ölkəmiz və şəxsən dövlətimizin başçısı geri çəkilmək əvəzinə ikitərəfli münasibətlərdə suveren hüquqların qorunması ilə yeni bərabərhüquqlu sazişin hazırlanması təşəbbüsü ilə çıxış etdi və bu addım münasibətlərdə yeni mərhələnin başlanması üçün həlledici rol oynadı. Təbii ki, Donald Tusk və digər rəsmi şəxslər Prezident İlham Əliyevin mürəkkəб situasiyalarda optimal siyasi düstur tapmaq qabiliyyətini unutmayıblar.

Tərəflər arasında hazırlanan yeni müqavilədə iqtisadi əlaqələrin köhnə baza üzərində yeni aspektdə inkişafı prioritet məsələdir. Ölkəmizin xarici siyasətində ən vacib və haqlı tələb ися Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvoнун dəyişməsidir. Ərazi bütövlüyü tək bizim yox, dünyadakı bütün təcavüzkar qüvvələrə ötürülən ciddi siqnal kimi çox əhəmiyyətlidir. Aİ-Azərbaycan əlaqələrində müsbət dinamikanın saxlanmasının, regionda sabitlik və inkişafın mənbəyi Qarabağ münaqişəsinin həllindən keçir. Əslində insan hüquqlarının qorunması, demokratiyanın yüksəlişi, qanunun aliliyinin tam təsbit olunması və əsas azadlıqlar toplusunun cəmiyyətdə yekdilliklə bərqərar olması bu münaqişənin həlli ilə inkişaf surətini artırmış olar. Bu mənada hər iki tərəfin məramı tam aydındır. Artıq sözlə müdafiədən işlə müdafiəyə keçib münaqişəni həll etməkdə fəallıq göstərmək zamanıdır. Ümid etmək olar ki, Avropada Azərbaycanla əməkdaşlığa olan ehtiyacın səviyyəsi Qarabağ münaqişəsinin həllinə əməli yanaşmanı gücləndirəcək.

Bu arada qeyd edək ki, Bakıya səfərindən sonra İrəvana gedən və burada görüşlər keçirən Donald Tusk erməniləri məyus edib. Tusk Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdiyi halda İrəvanda bir dəfə də olsun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”nu dilinə gətirməyib. Tusk bu barədə Baş nazir Paşinyanla keçirdiyi mətbuat konfransında da danışmayıb. Səfərin yekunlarını şərh edən erməni politoloqlar da Donald Tuskun bu mövqeyindən pərt olduqlarını etiraf ediblər. Analitik Armen Badalyan Tuskun “millətlərin öz müqəddəratını təyin etməsi hüququ”ndan danışmamasının erməni ictimaiyyətində narazılıq doğurduğunu bildirib.

Donald Tuskun Aİ Şurasının prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib. Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”.

N.NOVRUZ