Bakı metrosunda qatarda problem yaranıb

12 İyul 2019 09:00 (UTC+04:00)

Bakı metrosunda qatarda problem yaranıb.

Movqe.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saat 07:59-da "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda baş verib:

"İnşaatçılar" stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Problem aradan qaldırılıb və qatar xətt üzrə hərəkətini davam etdirib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5 dəqiqə gecikmə yaranıb".