Azərbaycanda sürücü ayağını çölə çıxarıb, mikroavtobus idarə etdi - VİDEO

12 İyul 2019 11:00 (UTC+04:00)

Azərbaycanda mikroavtobus sürücüsü ayağını pəncərədən çıxararaq nəqliyyat vasitəsini idarə edib.

Unikal.org xəbər verir ki, mikroavtobusun yanından keçən avtomobildə olan sərnişin həmin hadisənin görüntüsünü mobil telefonla çəkib.

Görüntülərdə 99-RB-822 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü ayağını çıxararaq nəqliyyat vasitəsini sürür. Bu azmış kimi sükan arkasında siqaret çəkən sürücü kameraya əl etməkdən belə çəkinmir.