İmişlidə 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

12 İyul 2019 11:35 (UTC+04:00)

İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.