Barcelona yapon futbolçunu transfer etdi - RƏSMİ

12 İyul 2019 15:29 (UTC+04:00)

Yaponiya millisinin futbolçusu Xiroki Abe karyerasını Barcelona-da davam etdirəcək. 

Goal.az xəbər verir ki, bu barədə xəbəri futbolçunun klubu Kashima Antlers rəsmi saytında yayıb.

20 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı Kaaloniya klubu ilə razılıq əldə edildiyi bildirib. Onunla uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, Xiroki Abe ötən mövsüm Yaponiya klubunda 25 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.