Maştağadakı Psixiatriya xəstəxanasında hadisə: 29 yaşlı gənc özünü asdı

15 İyul 2019 14:35 (UTC+04:00)

Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib.
Movqe.az report-a istinadən xəbər verir ki, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.
Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.