Fatiməyə görə Təcili Yardım çağırılıb

15 İyul 2019 20:54 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyevanın qəfil halı pisləşib.

Axşam.az xəbər verir ki, hadisə məclislərin birində baş verib.

Bu barədə sənətçi “ATV maqazin onlarla” verilişində deyib.

“Üstümdə o qədər nəfs var ki, məclisə girmişəm, camaat gözləyir ki, Fatimə danışmağa başlayacam, özümdən getmişəm. Əsirdim. Üstümə Təcili Yardım gəldi, nə günə düşdüm” deyə, rəqqasə bildirib.