Qazaxda 12 yaşlı oğlanı maşın vurub öldürdü

15 İyul 2019 16:17 (UTC+04:00)

Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi "VAZ 21154" markalı 20-DU-445 dövlət nömrə nişanlı avtomobillə Daş Salahlı kənd sakini, 2007-ci il təvəllüdlü Aqrayev Məhəmməd Vüqar oğlunu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb.