Dərnəgül yolunda qəza baş verdi – tıxac yarandı

15 İyul 2019 16:24 (UTC+04:00)

Bakıda daha bir yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə bu dəqiqələrdə paytaxtın Ziya Bünyadov prospektindən “Koroğlu” metro stansiyası istiqamətində (Çermet körpüsünün üstü) baş verib.

Qəza səbəbindən hadisənin baş verdiyi hər iki istiqamətdə sıxlıq müşahidə olunduğu qeyd edilir.